Səudiyyə Ərəbistanında bu ay 17 nəfər edam edilib

Səudiyyə Ərəbistanı rejimi noyabr ayında 17 nəfəri edam edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Al'Teca telekanalının xəbərinə görə, Səudiyyə Ərəbistanı rejimi noyabr ayında 17 nəfəri edam edib, onlardan üçü ötən bazar ertəsi edam edilib.

Birləşmiş Millətlər Təşkilatının bu mövzuda verdiyi açıqlamada bildirilib:

“Səudiyyə Ərəbistanında edamlar yalnız hökm icra edilən zaman məlum olur, ona görə də edamını gözləyənlərin sayı ilə bağlı statistika yoxdur".

Səudiyyə hakimiyyəti beynəlxalq və hüquqi rəylərdən asılı olmayaraq ölüm hökmlərini icra etməyə davam edir.

Səudiyyə Ərəbistanında insan hüquqlarının mənası edam, həbs, işgəncə, saxta məhkəmələr və işgəncə altında etirafları özündə əks etdirir.

İnsan haqlarından danışan Qərb dövlətləri isə Səudiyyə rejiminin edamlarına qarşı susqunluqlarını davam etdirir və hətta bu münasibətlə dəstəklərini davam etdirirlər.