"İmamiyyə Tələbə Təşkilatı"nın yaradılmasının 55-ci ildönümü münasibətilə Pakistanda keçirilən "İttifaq Şəhidi" konfransına göndərdiyi mesajda Hizbullahın Baş Katibi Şeyx Naim Qasim vurğulayıb ki, işğala son qoymağın və torpaqları azad etməyin yeganə yolu müqavimət və qətiyyətli mövqedir; digər bütün yollar isə sadəcə vaxt itkisidir.
“Amerika və Sionist zalımlara qarşı durmaq, müqavimət göstərmək və onların məqsədlərinə çatmasına mane olmaq özlüyündə bir qələbədir.
Biz Livan təcrübəsində müqavimət yolunu şəxsən sınaqdan keçirmişik və görmüşük ki, bu, işğal olunmuş torpaqları və insanları azad edən yeganə seçimdir. Düzdür, düşmənlə aramızda hərbi bərabərlik yoxdur; lakin biz bilirik ki, bu torpaqların haqlı tərəfi və əsl sahibləri bizik və nəyin bahasına olursa-olsun müqavimət göstərməliyik.
İrana qarşı Amerika-İsrail təcavüzü İslam nizamını dağıtmaq məqsədi daşıyırdı, lakin İran qalib gəldi. Livandakı vəziyyət günlərlə və ya aylarla uzansa belə, biz qalib gələcəyik; çünki biz möhkəm dayanmışıq və düşmənin məqsədlərini puça çıxarmışıq.
Ümmətin şəhidlərinin sərvəri, şəhid Seyid Həsən Nəsrullah Livan, Fələstin və bölgədə müqavimət bayrağını ucaltmağın simvolu idi və onun əsas diqqət mərkəzində Fələstin məsələsi dayanırdı. Fələstin bizim əsas məsələmizdir – necə ki, Ümmətin şəhidlərinin sərvəri özü bunu bəyan etmiş və vəsiyyətində qeyd etmişdi – buna görə də biz bütün gücümüzlə Fələstin davasını dəstəkləməyə çalışmalıyıq.”
Şeyx Naim Qasim: Sionistlərlə mübarizənin yeganə yolu müqavimətdir