Rusiyada LGBT təbliğatı tam qadağan edildi

Rusiya Dövlət Dumasının deputatları LGBT təbliğatının tam qadağan edilməsi və buna görə məsuliyyətin tətbiqi ilə bağlı qanunlar paketi qəbul ediblər. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin məlumat verib.

Onun sözlərinə görə, qeyri-ənənəvi cinsi münasibətlərin hər hansı təbliğatına görə məsuliyyət tətbiü olunacaq. Bundan əlavə, pedofiliyanın təbliğinə və cinsiyyətin dəyişdirilməsinə qadağa qoyulub. Cərimələr 10 milyon rubl təşkil edəcək.