Pakistanın hərbi rəhbəri, feldmarşal Asim Münir Səudiyyə Ərəbistanına hücumların dayandırılması üçün Tehrandan Yəməndəki husilərə təsir göstərməsini istəyib.
“Financial Times” mənbələrə istinadən yazır ki, Münir bu məsələni İran rəsmiləri ilə dəfələrlə müzakirə edib. Bildirilir ki, hücumların hədəfləri arasında Səudiyyə Ərəbistanının enerji infrastrukturu da var.
Qəzetin məlumatına görə, Pakistan tərəfi bildirib ki, Ər-Riyad müdafiə sazişi çərçivəsində rəsmi yardım istəsə, İslamabad Səudiyyə Ərəbistanının müdafiəsi üçün müdaxilə etməli ola bilər.
“Financial Times”a danışan bir diplomatın sözlərinə görə, Səudiyyə Ərəbistanının region ölkələrinin dəstəyini qazanmaq cəhdləri nəticəsiz qalıb. Diplomat hazırda nə Ər-Riyadın, nə də husilərin danışıqlara meyilli olduğunu bildirib.
Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıblar. Saziş iştirakçı ölkələrdən birinə hücumun hamısına qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur.
Pakistan Tehrandan Yəməndəki husilərə təsir göstərməsini istəyib