İndoneziyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 271-ə çatıb

İndoneziyada Fəlakətlərin İdarə Edilməsi Agentliyi Qərbi Yavanın Çianjur rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayının 271-ə yüksəldiyini açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəhbəri general-leytenant Suharyanto bu barədə açıqlama verib.

“Zəlzələ nəticəsində 271 nəfər həlak olub; Bu, xəstəxanalardan və tibb mərkəzlərindən əldə edilən zərərçəkmişlərə aid məlumatları nəzərdən keçirdikdən sonra açıqlanır”, deyə İndoneziya rəsmisi bildirib.

Suharyantonun sözlərinə görə, onlarla yaralının vəziyyəti hələ də dəqiqləşdirilməlidir.

İndoneziya rəsmisi əlavə edib ki, əməliyyat-axtarış tədbirləri zamanı bu gün, cümə axşamı, əvvəllər itkin düşmüş hesab edilən 4 nəfər də tapılıb.