Hizbullahdan Qüdsdə Sionist Rejimə qarşı əməliyyatlar haqqında Bəyanat

Hizbullah Qüdsdə sionist rejimə qarşı əməliyyat keçirənləri təbrik edərək, vurğulayıb ki, bu əməliyyat Fələstin xalqının müqaviməti davam etdirmək üçün qəti və polad iradəyə malik olduğunu göstərib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Hizbullah öz bəyanatında bu açıqlamaları verib:

"Biz bu cəsarətli əməliyyatı Fələstin xalqının sionist rejimin işğalına qarşı müqavimətinin əsl təcəssümü kimi görürük və vurğulayırıq ki, bu xalq düşmənin zülmü ilə mübarizə aparmaq və onların törətdiyi cinayət və qətllərə cavab vermək üçün öz polad iradəsini nümayiş etdirib. 

Bugünkü əməliyyat düşmənin sərt təhlükəsizlik tədbirlərinə qarşı müqavimətin gücünü və müqavimətin düşmənə istədiyi yerdə və istədiyi vaxt acı zərbələr endirə biləcəyini bir daha nümayiş etdirdi”.

Xatırladaq ki, çərşənbə günü səhər işğal altındakı Qüds şəhərində 3 partlayış baş verib, 23 sionist yaralanıb və ən azı bir nəfər ölüb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu açıqlanıb və sionistlərin fikrincə, bu partlayışlar Məscidül-Əqsa intifadasından sonra ən təhlükəli hücumlar olub.