Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yeni şöbə yaradılıb. PA-da yeni yaradılan struktur Hərbi-texniki təminat məsələləri şöbəsidir. Prezident İlham Əliyevin sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Məlumat üçün deyək ki, Andrey Vladimiroviç Sipilin bundan öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı. Yeni təyinatdan öncə İlham Əliyev onu tutduğu vəzifədən azad edilib.