Şəfaət Abbasov bu dəfə də inanclıların saqqalını problemə çevirib

Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəsisəsində rəis Şəfaət Abbasovun əməlləri ilə bağlı bir qrup inanclı məhbus tərəfindən səsləndirilən etiraz növbəti qalmaqala çevrilib. Belə ki, onlar müəsisə rəhbərinin “görüşə çıxmaq istəyən saqqalını tamai ilə kəsdirməlidir” göstərişi məhbuslar arasında ciddi narahatlıqlar yaradıb. Hətta bir neçə məhbus ailəsi görüşə gəlsələr də onları müəsisənin daxilinə almayıblar. Səbəb isə həyat yoldaşlarının saqqallı olmalarıdır.
Təbii olaraq həbsxana normalarına müvafiq olaraq buradakı inanclıların saqqalı məlum həcmdən çox deyil. Saqqal dini inancın kişi üçün müəyyən etdiyi qayda olması ilə yanaşı burada cəza çəkən inanclı məhbusların artıq illərdir ki, gündəlik həyatda təqdim edilən sima örtüyüdür. Həbsxana qaydalarına görə çox saqqal qadağan olunsa da, illərdir müəyyən həcmin qadağası olmayıb. Lakin birdən birə müəsisə rəhbəri belə bir qərar çıxarıb ki, görüş üçün hətta az saqqallın olmağa belə icazəli deyil.
Adı gedən müəsisədə cəza çəkən Məmmədov Anar Mahir oğlunun həyat yoldaşı da eyni problemi yaşayıb. Həyat toldaşının yanına azuqə apararan İnci Baxşaliyeva görüş üçün saatlarla gözləsə də, ona bildirilib ki, görüşə icazə yoxdur. Xanım səbəbini xəbər alanda müəsisə işçisi bildirib ki, bu barədə həyat yoldaşı zəng vurub ona xəbər verəcək.
Ertəsi gün evinə telefon zəngi açan Anar Məmmədov bildirib ki, görüşünə qadağa onun saqqalıdır. Müəsisə rəhbəri hətta az saqqalla belə görüşə çıxmağa qadağa qoyub. Bu siyahıda neçə-neçə inanclı eyni problemlə üzləşib və müəsisə rəhbəri onların görüşlərini bu şərt altında qadağalayıb.
17 saylı müəsisədə Ş. Abbasovun “daxili qaydalar” adı altındaa zamanla müxtəlif qadağalar tətbiqi müəsisədə məhbusların haqlı narahatlıqlarına yol açıb. Bu gün də eyniliklə həyat tərzinə saaqqalın daxil edildiyi inanclılya (hansı ki, bu görkəm onun rəsmi sənədlərində öz əksini tapıb) üzünü təraş etmək məcburiyyətini tətbiq etmək heç bir hüquq müstəvisinə sığmır.