13 November 2022

Tehran Makronun iranlı müxaliflərlə görüşünü pisləyib

   Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fransa prezidenti Emmanuel Makronun Parisdə rejim əleyhdarı insanlarla görüşünü pisləyərək “Azadlıq iddiasında olan bir ölkənin prezidenti son aylarda İran coğrafiyasında nifrət, zorakılıq və terror aktları yaymağa, səviyyəsini aşağı salmağa çalışan mənfur oyuncaq ilə görüşür”-deyib.

İstanbuldakı partlayışa görə yayım qadağası qoyuldu

Türkiyədə Radio və Televiziya Üst Şurası (RTÜK) İstanbulun Beyoğlu səmtində İstiqlal küçəsində baş verən partlayışla bağlı müvəqqəti yayım qadağası qoyulduğunu bildirib.

Operativtv.com Unikal-a istinadən bildirir ki, RTÜK sədri Ebubekir Şahin sosial şəbəkədə "müvəqqəti yayım qərarı"nın görüntüsünü paylaşıb.
O bildirib ki, İstanbulda baş verən partlayışla bağlı yayım qadağası qoyulub.

“Bütün media qurumlarımızın diqqətinə çatdırılır" deyə bildirib.

"Əş-Şəbab" silahlıları Somalinin Vabho şəhərini nəzarətə götürüb

“Əş-Şəbab” terror qruplaşmasının dəstələri Somalinin mərkəzində hökumət qüvvələri tərəfindən qovulduqlarından üç gün sonra Qalmuduq əyalətinin Vabho şəhərinə daxil olub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü Somalinin “Shabelle Media Network” xəbər portalı məlumat yayıb.

"Demokratiya 1918" Hərəkatı mətbuat konfransında üzvlərinə qarşı son təzyiqləri qeyd edib

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, noyabrın 13-də "Demokratiya 1918" Hərəkatı mətbuat konfransı keçirib. Mətbuat konfransında danışan hərəkatın İdarə Heyətinin üzvü Samir Sultanov son günlər hakimiyyət tərəfindən "hərəkata qarşı əks-addımlar" atıldığını bildirib.

İstanbulda partlayış zamanı 6 nəfər ölüb, 53 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi,Taksim meydanı yaxınlığında İstiqlal küçəsində partlayış baş verib. Operativtv.com xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.  Məlumata görə baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb. Yaralıların arasında vəziyyəti yetərincə ağır olanlar var.

Putin İran prezidenti İbrahim Rəisi ilə telefonda danışıb

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilə İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub. Hər iki lider telefon danışığında diqqəti dərinləşən siyasi, ticarət və iqtisadi əməkdaşlığa yönəldib. Bu barədə Kreml noyabrın 12-də bəyanatında bildirib.

Rusiyadan Azərbaycana ixrac olunan taxılın miqdarı açıqlandı

Bu ilin əvvəlindən Başqırdıstan Respublikasından Azərbaycana, Özbəkistana və Gürcüstana ümumi çəkisi 144,4 min ton taxıl və onun emalından alınan məhsullar ixrac edilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumatda bildirilib.

Azərbaycan şahmatçıları Avropa çempionatında liderlər qrupunda yer alıb

Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında VII tura yekun vurulub.

Operativtv.com “Az.shafaqna.com”a istinadən verilən məlumata görə, 12 yaşlı oğlanların mübarizəsində Azərbaycan şahmatçısı Əhməd Xaqan 7 oyundan 6,5 xal toplamaqla liderliyini davam etdirir. İkinci pillədəki Türkiyə təmsilçisi Yigit Karaca ondan yarım xal geri qalır.

Etirazçılar qiymətlərin artması ilə əlaqədar Albaniya hökumətinin istefasını tələb edirlər

Albaniyanın paytaxtında minlərlə müxalifət tərəfdarı hökuməti devirməyə çağırıb.

Operativtv.com APA-ya istinadən bildirir ki, insanlar bu il birdən-birə səkkiz faiz bahalaşan, xüsusən də ərzaq məhsulları və yanacağın bahalaşmasına etiraz etdilər.

İranda sənaye şəhərciyində yanğın baş verib, 15 nəfər yaralanıb

İranda sənaye şəhərciyində yanğın baş verib.

Operativtv.com APA-nın Tehran bürosuna istinadən məlumatına görə, İranın İsfahan şəhərində 4 saatdan artıqdır yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Ərazidə kimyəvi və partlayıcı maddələr olduğu üçün davamlı olaraq partlayışlar baş verib.

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub.

Operativtv.com APA-ya istinadən verilən məlumata görə, Azərbaycan milli komandasının daha 2 üzvü finalda iştirak hüququ qazanıb.

1/4 final mərhələsində ermənistanlı Armen Quşçiyanın rinqə çıxmaması səbəbindən qalib elan olunan Məsud Yusifzadə (51 kq) yarımfinalda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

ABŞ parçalanmış bir İran istəyir

Operativtv.com türk mediasına istinadən xəbər verir ki, ehtiyatda olan türkiyəli general-leytenant İsmayıl Hakkı Pekin ABŞ-ın İranla bağlı siyasətindən danışıb. Co Baydenin “Biz tezliklə İranı azad edəcəyik” bəyanatından sonra o, bir daha ABŞ-ın parçalanmış İran istədiyini bildirib: “ABŞ zəifləmiş və parçalanmış İran istəyir. ABŞ öz hesablamalarına görə İranı 5-6 yerə bölmək və istər Yaxın Şərqdə, istər Qafqazda, istərsə də Orta Asiyada təsirli İrana sahib olmaq istəmir.