Putin İran prezidenti İbrahim Rəisi ilə telefonda danışıb

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilə İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub. Hər iki lider telefon danışığında diqqəti dərinləşən siyasi, ticarət və iqtisadi əməkdaşlığa yönəldib. Bu barədə Kreml noyabrın 12-də bəyanatında bildirib.

Kreml nə telefon zənginin nə zaman baş tutduğunu bildirməyib, nə də İranın Moskvaya silah tədarükündən bəhs etməyib. Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən bəri İran və digər qeyri-qərb ölkələri ilə münasibət qurmağa çalışır.