"Əş-Şəbab" silahlıları Somalinin Vabho şəhərini nəzarətə götürüb

“Əş-Şəbab” terror qruplaşmasının dəstələri Somalinin mərkəzində hökumət qüvvələri tərəfindən qovulduqlarından üç gün sonra Qalmuduq əyalətinin Vabho şəhərinə daxil olub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü Somalinin “Shabelle Media Network” xəbər portalı məlumat yayıb.

Məlumata görə, terrorçular gözlənilmədən nizami hissələrin Vabhodan çıxarılmasından istifadə ediblər. Federal qüvvələrin geri çəkilmə səbəbləri açıqlanmır.

Qeyd edək ki, Vabho şəhəri son 15 il ərzində Əl-Şəbabın nəzarətində olsa da, bu il noyabrın 9-da hökumət qüvvələri tərəfindən ələ keçirilib. Şəhər uğrunda gedən döyüşlərdə 25 qruplaşma üzvü məhv edilib.