ABŞ parçalanmış bir İran istəyir

Operativtv.com türk mediasına istinadən xəbər verir ki, ehtiyatda olan türkiyəli general-leytenant İsmayıl Hakkı Pekin ABŞ-ın İranla bağlı siyasətindən danışıb. Co Baydenin “Biz tezliklə İranı azad edəcəyik” bəyanatından sonra o, bir daha ABŞ-ın parçalanmış İran istədiyini bildirib: “ABŞ zəifləmiş və parçalanmış İran istəyir. ABŞ öz hesablamalarına görə İranı 5-6 yerə bölmək və istər Yaxın Şərqdə, istər Qafqazda, istərsə də Orta Asiyada təsirli İrana sahib olmaq istəmir. ABŞ-ın təcavüzü qarşısında Türkiyə İranla münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarıdır. Türkiyə İranla münasibətlərinin pisləşməsini istəmir. Türkiyə ABŞ-ın rəhbərliyi altında İrana qarşı heç bir addım atmaq istəmir. Xəzərdə, türk dünyasında, Cənubi Qafqazda, Suriya və İraqda Türkiyə və İranın sabitliyini pozmaq üçün istifadə oluna biləcək məsələlər var. İki ölkə burada yarana biləcək problemlərə qarşı mümkün qədər koordinasiyalı hərəkət etməli, problemləri heç bir kənar ölkədən təsirlənmədən həll etməlidir. Həmçinin, fikrimcə, iki ölkə fərqli mənalar daşıya biləcək bəyanatlardan çəkinməlidir.”