Rusiyadan Azərbaycana ixrac olunan taxılın miqdarı açıqlandı

Bu ilin əvvəlindən Başqırdıstan Respublikasından Azərbaycana, Özbəkistana və Gürcüstana ümumi çəkisi 144,4 min ton taxıl və onun emalından alınan məhsullar ixrac edilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumatda bildirilib.

Məlumata görə, xarici podratçılara satılan taxılın ən böyük həcmini buğda təşkil edir - 38,16 min ton ilə, ondan sonra siyahıda kətan - 17,74 min ton, kamelina - 4,23 min ton, arpa - 3,23 min ton, zəfəran - 1,05 min ton, günəbaxan - 0,81 min ton, alaqanqal - 0,154 min ton, vika bitkisi - 0,176 min ton, xardal - 0,066 min ton ilə gəlir.

2021-ci ilin müvafiq dövrü ərzində Çuvaş Respublikası və Ulyanovsk vilayətindən Azərbaycana və Tacıkistana 136,77 min ton taxıl və onun emalından alınan məhsul ixrac edilmişdi.