İstanbulda partlayış zamanı 6 nəfər ölüb, 53 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi,Taksim meydanı yaxınlığında İstiqlal küçəsində partlayış baş verib. Operativtv.com xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.  Məlumata görə baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb. Yaralıların arasında vəziyyəti yetərincə ağır olanlar var. Elə buna görə də ölü sayının artacağı ehtimal olunur.