İsrail ordusu ölkənin cənubunda təlimlərə başlayır

İsrail ordusu bazar günü Qəzza zolağı ilə sərhədin daxil olduğu cənub hərbi dairəsində planlaşdırılmış iki günlük hərbi təlimlərə başlayır.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Hərbi təlimlər bu gün ölkənin cənubunda başlayır və bazar ertəsi axşam başa çatması gözlənilir", - məlumatda deyilir.

Əlavə edilib ki, ölkənin cənubunda təlim manevrləri, o cümlədən gecə gec və səhər tezdən bölgədə yüngül zərbələr başlayacaq və partlayış səsləri eşidiləcək.

Mətbuat xidməti qeyd edib ki, təlimlər “2022-ci il üçün təlim proqramı çərçivəsində əvvəlcədən planlaşdırılıb”.