Tehran Makronun iranlı müxaliflərlə görüşünü pisləyib

   Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fransa prezidenti Emmanuel Makronun Parisdə rejim əleyhdarı insanlarla görüşünü pisləyərək “Azadlıq iddiasında olan bir ölkənin prezidenti son aylarda İran coğrafiyasında nifrət, zorakılıq və terror aktları yaymağa, səviyyəsini aşağı salmağa çalışan mənfur oyuncaq ilə görüşür”-deyib.

Sözügedən görüşdə Makronun İranda baş verən son hadisələri “inqilab” kimi səciyyələndirməsini “kədərli və utanc verici” tapdıqlarını qeyd edən Kənani “Bu görüş beynəlxalq konvensiyalarda Fransa hakimiyyətinin terror və zorakılıqla mübarizə üzrə məsuliyyətlərini pozması deməkdir.”-görüşü belə qiymətləndirib.

Xatırladaq ki, cümə günü Fransa prezidenti Makron paytaxt Parisdəki Yelisey sarayında iranlı müxalifət fəalları Məsih Əlinejad, Şeyma Babayi, Ruya Pirayi və Laden Berumendlə görüşüb.