İranda sənaye şəhərciyində yanğın baş verib, 15 nəfər yaralanıb

İranda sənaye şəhərciyində yanğın baş verib.

Operativtv.com APA-nın Tehran bürosuna istinadən məlumatına görə, İranın İsfahan şəhərində 4 saatdan artıqdır yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Ərazidə kimyəvi və partlayıcı maddələr olduğu üçün davamlı olaraq partlayışlar baş verib.

Yanğında 15 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır.

İsfahan Mübarəkə sənaye şəhərciyində 400-dən artıq kiçik zavod və fabriklər fəaliyyət göstərir.

Yanğın kimyəvi maddələr istehsal edən zavodda baş verdiyi bildirilir.