İğdırda Əhli-beyt Mədəniyyət Mərkəzinin təməli qoyulub

Operativtv.com SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, İğdırda Alulbeyt Vəqfi tərəfindən inşa edilən "Alulbeyt Mədəniyyət Mərkəzi"nin cümə günündə təməli atılıb.

İğdırda ucalacaq bu mədəniyyət mərkəzi xalqın bütün təbəqələrinə, uşaqlara, qadınlara və kişilərə xidmət edəcək, İğdırın mədəni tərəqqisinə böyük töhfə verəcək və dini dəyərlərin canlanmasında böyük rol oynayacaq. Alulbeyt Türkiyə Nümayəndəsi Hüccətul-İslam Şeyx Rəhmi Onurşan öz Facebook səhifəsində bu mədəniyyət mərkəzinin tikintisinə başlanılması ilə bağlı mesaj dərc edərək duyğu və düşüncələrini bölüşüb.