Bəhreyndə seçkilərdə iştirak faizi 35 faizdən aşağıdır

Operativtv türk mediasına istinadən xəbər verir ki, Əl-Vifak Hərəkatının baş katibinin müavini Şeyx Hüseyn Əl-Dihi açıqlama verib: Paytaxtda seçicilərin sayı 51 minə yaxın olub.

Vifak Hərəkatının məlumatına görə, ölkədə seçkilərdə 35 faizdən çox şəxs iştirak etməyib. O, əsgərlərin şəxsi avtobuslarla seçki məntəqələrinə aparıldığını və bunun seçkilərin şəffaflığına zidd olduğuna diqqət çəkib. Əl-Dihinin sözlərinə görə, Bəhreyn vətəndaşlığı verilmiş əcnəbilər müəyyən namizədlərin qələbəsi üçün keçirilən seçkilərdə sıx şəkildə iştirak ediblər.