09 November 2022

Azərbayanda sərbəst toplaşmaq azadlığı-müxtəlif baxışlar

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 11-də BŞİH inzibati binasının qarşısında piket keçirməsinə razılıq verməyib.

Hüquq müdafiəçiləri, yerli ekspertlər bildirirlər ki, paytaxtın mərkəzi hissəsində artıq illərdir etiraz aksiyalarının keçirilməsinə imkan verilmir.

Rəsmi qurumlar bunu əsasən, nəqliyyatın və əhalinin sıxlığı ilə izah edir.

Zəfər günü-tariximizin şanlı zəfəri

 

Zəfər günü Şuşa da daxil olmaqla digər torpaqlarımızın işğaldan azad olunduğu gündür. Zəfər günü ürəyində vətən sevgisi olanların bayram günüdür. Hər bir insanın vətəni sevməsi və qoruması onun insanlıq borcudur. Əgər vətən sevgisi olmasaydı 3000 şəhid vətən uğrunda canını qurban verməz, daha 3000-ləri torpaqların qorunması üçün sərhədlərdə canlarını sipər etməyə hazır olmazdı. Bayrağımızın ucalması və daima dalğalanması üçün şəhidətə yüksəlməkdir vətən sevgisi.

"Rusiya ilə 40 milyard dollarlıq anlaşma memorandumu imzalamışıq" - İran

Biz dünyada ən böyük şirkətlərdən biri olan "Qazprom" şirkəti ilə təxminən 40 milyard dollar dəyərində anlaşma memorandumu imzalamışıq.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Oci dryib. Onun sözlərinə görə, yataqların və qaz ixracı xətlərinin işlənməsi də gündəmdə var və bununla bağlı Rusiya ilə 4 milyard dollara yaxın müqavilə imzalanıb.

İsveçin ən böyük nüvə reaktoru qəzaya uğradı

İsveçdə ölkənin ən böyük atom elektrik stansiyasının reaktoru turbin nasazlığı səbəbindən bağlanıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb. 

"Oskarşamn AES-in 3 saylı reaktoru turbin dayanması səbəbindən elektrik şəbəkəsindən ayrılıb. Problemlərin aradan qaldırılması davam edir", - AES sözçüsü Desiree Liljeval bildirib.

Ayətullah Üzma Sistaninin nümayəndəsinin son qiyamlarla bağlı rəyi

Operativtv.com SHAFAQNA TÜRKİYƏ – yə istinadən xəbər verir ki, Qadın Elmi Hövzələrinin Direktoru Huccətul-İslam vəl-Muslimin Fazıl və onu müşayiət edən nümayəndə heyəti Ayətullah Şəhristanini onun kabinetində ziyarət edərək, görüş keçirib. Ayətullah Şəhristani bu görüşdə Qadın Elm Hövzələrinin cəmiyyətin qız və qadınları ilə qarşılıqlı əlaqədə əhəmiyyəti və mövqeyindən bəhs edərək deyib: Bu gün neft və qaz təkcə bu ölkənin sərmayəsi deyil. Gənc nəsil, o cümlədən qızlarımız və oğlanlarımız da həqiqətdə bu ölkənin əsl sərmayəsidirlər.

Çin: Qərb insan haqları bəhanəsi ilə digər ölkələrin daxili işlərinə qarışır

"Qərb insan haqları bəhanəsi ilə digər ölkələrin daxili işlərinə qarışır".

Oprativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Tehrandakı səfiri Çanq Hua deyib.

O, Qərb ölkələrinin insan haqlarından alət kimi istifadə etmələri barədə deyib: “İnsan haqları məsələsi dünyada bütün insanlar üçün ortaq dəyərdir və biz hamımız insan hüquqlarının müdafiəsinin tərəfdarıyıq”.

Almaniyanın enerji böhranına görə bu ilki itkiləri 64 milyard avro təşkil edir – Araşdırma mərkəzi

Almaniyada yerləşən araşdırma mərkəzinin hesablamalarına görə, enerji böhranı bu il ölkədə təxminən 64 milyard avro miqdarında itkiyə səbəb olacaq və bu itkilərin 2021-2023-cü illər arasında 110 milyard avronu keçəcəyi gözlənilir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Ifo Araşdırmalar İnstitutu” öz saytında məlumat dərc edib.

Türkiyə Suriya ilə diplomatik əlaqələrin qurulması üçün şərtləri açıqlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, lazımi şərait yaranarsa, ölkəsi Suriya ilə diplomatik əlaqələr qurmağı nəzərdən keçirəcək. O bu istiqamətdə şərtləri açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Suriya ilə bağlı dörd strateji hədəfi açılqlayıb.

İran: Britaniya İranda güvənsizlik yaratmaq üçün etdiklərinin əvəzini ödəyəcək

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib İngiltərə kimi digər ölkələrin terror aktlarını və etibarsızlığını heç vaxt dəstəkləməyəcəklərini bəyan edərək “İngiltərə İranı təhlükəli vəziyyətə salmaq üçün etdiklərinin əvəzini ödəyəcək”-deyib.

ABŞ-da aralıq seçkilərinin nəticələri açıqlanıb

  Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, səslərin hesablanması hələ də davam edən Konqres aralıq seçkilərində Demokratlar 47 yer, Respublikaçılar Nümayəndələr Palatasında 82 yer qazanıblar. Konqresə aralıq seçkilərində Senatdakı 35 yerdən 17-sini Respublikaçılar, 10-unu isə Demokratlar tutub. 35 yer, Senatın üçdə biri və Nümayəndələr Palatasındakı bütün 435 yer üçün aralıq seçkilərində səslərin hesablanması davam edir.

Rusiya Azərbaycanla sərhəddə nəqliyyatın hərəkətində dəyişiklik edib

Rusiya Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemini dəyişib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Buna səbəb Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğudur.

“Qarabağ”ın UEFA pley-off oyunlarının başlama saatı bəlli olub

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Fevralın 13-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Türkiyə Rusiya qazının ödənişini qismən rublla etməyə başladı

Türkiyə Rusiya qazına görə ödənişlərinin qismən rubl ilə edilməsinə başlayıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Fatih Dönmez bildirib.

Nazirlikdən qeyd edilib ki, Ankara və Moskva ticarətdə, o cümlədən də enerji sahəsində milli valyutalarda ödənişlərin edilməsi məsələsi üzərində texniki işlər aparır.

Rəsmi Tehran: İran Azərbaycan torpaqlarının işğalını pisləyib və onun azad edilməsini yüksək müstəvilərdə dəstəkləyib

“İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında ixtilafların dinc şəkildə, ölkələrin ərazi bütövlüyünün təmin edilməsi və haqqların beynəlxalq hüquq çərçivəsində riayət edlməsinə təkidlə yanaşıb, Azərbaycanın ərazilərinin işğal edilməsini məhkum edib, bu torpaqların azad edilməsini yüksək müstəvilərdə dəstəkləyib.”

Yusif Peyğəmbərin (ə) məzarı yaxınlığında qarşıdurmada fələstinlilərdən ölən və yaralananlar var

 İşğal altında olan İordan çayının qərb sahilində Nablus şəhərində İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli gənc həlak olub, onlarla yaralanıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti sosial şəbəkələrdəki hesabları üzərindən məlumat yayıb.

Azərbaycan Ordusunun Kəlbəcər və Xocavənddəki mövqeləri atəşə tutulub

Noyabrın 8-i saat 18:40-dan noyabrın 9-u saat 02:20-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı,Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.