Almaniyada oturaq aclıq aksiyası artıq 15 gündür davam edir

Almaniyanın paytaxtı Berlin şəhərində Federal Chancellery önündə siyasi mühacirlərin təşkil etdiyi aclıq aksiyası hələ də davam edir. Çadrlar quraraq aksiya keçirən mühacirlər Azərbaycanda həbs həyatı yaşayan 9 juralist və 6 inanclı xanımın həbsinə etirazı sürdürürlər.

Aksiya iyunun 25-nə qədər keçirilməsi nəzərdə tutulsa da, sonradan müddət uzadılıb. Hal-hazırda etirazın 15-ci gününü qeyd edən təşkilatçılar etirazın davamına maraqlıdırlar. Orxan Ağayev və Elvin Şıxəliyevin təşkilatçılığı ilə baş tutan aclıq aksiyasına Elvin Şıxəliyev, Ələmdar Bünyatov, Alik Aslanov, Elşən İsgəndərov, Orxan Həsənli, Allahyar Ağalarov, Rauf Nəsibov, Aslan Mehdiyev, Rabil Həsənov da qoşulur. Layihəyə iştirakları ilə Yasər Rzayev, Əfqan Muxtarlı, Mehman Hüseynov, Könül Əmirova, Rafiq Təmrazov, Elşad Məmmədov, Natiq Nəcəfov dəstək nümayiş etdirib.

Aksiya dinc şəkildə davam edir və təşkilatçılar insan hüquqları, ifadə azadlığı və ədalətli məhkəmə prinsiplərinə diqqət çəkərək beynəlxalq ictimaiyyəti məsələyə həssas yanaşmağa çağırırlar.