İsveçin ən böyük nüvə reaktoru qəzaya uğradı

İsveçdə ölkənin ən böyük atom elektrik stansiyasının reaktoru turbin nasazlığı səbəbindən bağlanıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb. 

"Oskarşamn AES-in 3 saylı reaktoru turbin dayanması səbəbindən elektrik şəbəkəsindən ayrılıb. Problemlərin aradan qaldırılması davam edir", - AES sözçüsü Desiree Liljeval bildirib.

Sözügedən nüvə reaktorunun ölkədəki ən böyük reaktor olduğu bildirilir və onun təmirinə nə qədər vaxt lazım olacağı məlum deyil. Atom elektrik stansiyasının nümayəndələri reaktorun 2023-cü il yanvarın sonunda mümkün işə salınacağını açıqlayıblar.