Almaniyanın enerji böhranına görə bu ilki itkiləri 64 milyard avro təşkil edir – Araşdırma mərkəzi

Almaniyada yerləşən araşdırma mərkəzinin hesablamalarına görə, enerji böhranı bu il ölkədə təxminən 64 milyard avro miqdarında itkiyə səbəb olacaq və bu itkilərin 2021-2023-cü illər arasında 110 milyard avronu keçəcəyi gözlənilir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Ifo Araşdırmalar İnstitutu” öz saytında məlumat dərc edib.

Bildirilib ki, Almaniya keçən il bu gəlirin təxminən yarısını itirib və 2023-cü ildə daha 9 milyard avro real gəlir itkisi gözlənilir. Bu da, Almaniyanın, 1970-ci illərin sonlarında baş verən enerji böhranından bəri ən pis üç il olacaq, deməkdir.

İqtisadiyyatın inkişafın geriləməsi baxımından Almaniyanın bu il ÜDM-in 1,8%-ni, 2023-cü ildə isə 0,2%-ni itirəcəyi gözlənilir. Həmçinin qeyd edilib ki, ölkə 2021-ci ildə pandemiyadan sonra 1,8% itirib.

Ifo-nun proqnozlaşdırma rəhbəri Timo Walmerscheiser, "Bu, bizə bu üç il ərzində təxminən 110 milyard avro və ya illik iqtisadi məhsulun 3%-i həcmində real gəlir itkisi verəcək”, deyə qeyd edib.

Sözügedən geriləmə, Avropanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq Rusiyadan enerji idxalını məhdudlaşdırdıqdan sonra baş verir.