Türkiyə Rusiya qazının ödənişini qismən rublla etməyə başladı

Türkiyə Rusiya qazına görə ödənişlərinin qismən rubl ilə edilməsinə başlayıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Fatih Dönmez bildirib.

Nazirlikdən qeyd edilib ki, Ankara və Moskva ticarətdə, o cümlədən də enerji sahəsində milli valyutalarda ödənişlərin edilməsi məsələsi üzərində texniki işlər aparır.

Bildiyiniz kimi, (qaz ödənişlərinin rubl ilə edilməsinə dair) razılıq əldə edilib, artıq qismən ödəniş başlayıb. Bu istiqamətdəki işimizi aktivləşdirmək niyyətindəyik“, – deyə Dönmez əlavə edib.