Amerika ictimaiyyətinin İsrailə münasibəti dərin bir dəyişikliyə məruz qalıb.
Son sorğular göstərir ki, amerikalıların əksəriyyəti ABŞ-nin yəhudi dövlətini həddindən artıq dəstəklədiyinə inanır.
Bu fikir Respublikaçılar partiyasında daha az, Demokratlar partiyasında isə daha çox yayılıb, lakin ümumilikdə, hər iki əsas partiyada sarsılmaz görünən İsrail tərəfdarı konsensus pozulur.
Qeyd olunur ki, aparılan sosioloji sorğuların nəticələrinə görə, Demokratlar partiyasının tərəfdarları artıq İsrailə (onların 66%-i yəhudi dövlətinə dəstəyin həddindən artıq, 18%-i kifayət və yalnız 7%-i qeyri-kafi olduğuna inanır) arxa çeviriblər.
Respublikaçılar İsrail tərəfdarı olaraq qalırlar, lakin hətta onların arasında yalnız kiçik bir azlıq (6%) bu ölkəyə dəstəyin artırılmasını dəstəkləyir. Dəstəyin həddindən artıq olduğuna inananlar qeyri-adi dərəcədə yüksəkdir: 20%.
“Politico” bu baxımdan qeyd edib ki, vitse-prezident Ceyms Devid Vens artıq İsraili açıq şəkildə tənqid edib. O, ölkənin imtiyazlı müttəfiq statusunu yenidən nəzərdən keçirməklə hədələyib.
Bütün tarixi ərzində İsrail həmişə ABŞ-nin dəstəyindən yararlanıb. Bu, Amerika ictimai rəyinin daim onun tərəfində olması ilə izah olunur.
Bu barədə yazılan məqalələrdə qeyd olunur ki, İsrailpərəst əhval-ruhiyyənin kəskin şəkildə azalması davam edir. İranla hazırkı müharibənin ABŞ-nin İsrailə münasibətinini dönməz şəkildə dəyişəcəyi güman olunur. Hazırda Tramp İsrailin baş naziri Benyamin Netanyahunun təsirinə düşməkdə və ABŞ üçün lazımsız və zərərli, lakin israillilər üçün zəruri olan münaqişəyə qoşulmaqda günahlandırılır.
ABŞ İsraildən üz döndərir – Vaşinqton-Təl-Əviv müttəfiqliyi bitə bilər