Suriya-İraq sərhədində PUA-ların neft maşınlarına hücumunun təfərrüatı açıqlanıb

Ötən gecə Suriya-İraq sərhədində neft maşınlarına hücumda ölənlər olmayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyanın təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən gecə İsrail tərəfindən həyata keçirilən hücum nəticəsində neft maşınlarından ikisi sıradan çıxıb.

Bu hücumda ölən olmayıb.

Bundan öncə yerli mənbələr onlarla ölü və yaralının olması barədə xəbər vermişdilər.

Hücum sərhədin Suriya tərəfində gömrük keçidinin yaxınlığında baş verib.