İranda 2026-cı il Ərbəin ziyarətinin zəvvarları üçün yeni qaydalar elan olunub.
Belə ki, İran hökuməti hər il keçirilən Ərbəin ziyarəti ərəfəsində İraqa yollanacaq yüz minlərlə yerli zəvvar üçün növbəti dəfə güzəştli valyuta rejimi tətbiq etmək qərarına gəlib.
İran Mərkəzi Bankının təlimatına əsasən, bu il də zəvvarlara səfər xərclərini qarşılamaq üçün dövlət tərəfindən rəsmi və ucuz məzənnə ilə İraq dinarı satılacaq.
İran mediasının yaydığı məlumata görə, bu güzəştdən yalnız dövlətin rəsmi “Samah” platformasında öncədən qeydiyyatdan keçən şəxslər yararlana biləcəklər. Qeydiyyatı olmayan vətəndaşlar isə valyutanı daxili bazardan daha baha qiymətə (azad bazar kursu ilə) almaq məcburiyyətində qalacaqlar.
Müəyyən olunmuş qaydalara əsasən, şərtləri qarşılayan hər bir zəvvar üçün limit rəsmi kursla maksimum 200 min İraq dinarı təşkil edir. Prosesi asanlaşdırmaq məqsədilə ailə başçılarına xüsusi imkan yaradılıb; belə ki, onlar ailə üzvlərinin şəxsiyyət sənədlərini təqdim etməklə, hamının payını təkbaşına bankdan təhvil ala bilərlər.
Mütəxəssislərin fikrincə, rəsmi Tehranın hər il Ərbəin ərəfəsində milyardlarla dinarı güzəştli şərtlərlə dövlət ehtiyatlarından satışa çıxarması təkcə vətəndaşlara sosial yardım məqsədi daşımır. Bu addım həm də milyonlarla insanın eyni vaxtda qara bazara üz tutaraq ölkədə milli valyutanın (tümənin) kəskin dəyər itirməsinin qarşısını almaq üçün tətbiq edilən mühüm iqtisadi tənzimləmə vasitəsidir.
İranda Ərbəin zəvvarları üçün yeni qaydalar elan olunub