Zəfər günü-tariximizin şanlı zəfəri

 

Zəfər günü Şuşa da daxil olmaqla digər torpaqlarımızın işğaldan azad olunduğu gündür. Zəfər günü ürəyində vətən sevgisi olanların bayram günüdür. Hər bir insanın vətəni sevməsi və qoruması onun insanlıq borcudur. Əgər vətən sevgisi olmasaydı 3000 şəhid vətən uğrunda canını qurban verməz, daha 3000-ləri torpaqların qorunması üçün sərhədlərdə canlarını sipər etməyə hazır olmazdı. Bayrağımızın ucalması və daima dalğalanması üçün şəhidətə yüksəlməkdir vətən sevgisi.

Necə də torpaq-oğul qoxulu, vətən-ana ətirli qoxur. Bu zəfər keçmiş yüz ilimizin qalibiyyətidir. Bu zəfər damarlarımızdan axan Şah babamızın qürurudur. Bu zəfər Poladların, Mübarizlərin, Allahverdilərin, Səbuhilərin timsalında digər şəhidlərin və onların hamısının ilhamlandığı şəhidlər ağası İmam Hüseynin (ə) intiqamıdır. Bu zəfər gələcəyimizin şanlı tarixidir.

44 gün sürən şanlı mücadilə bitdi! Torpaqlarımız azaddır, bayrağımız dalğalanır, azan səsləri ucalır, Quran tilavəti eşidilir. Biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyir, sərhədlərimizi qoruyan əsgərlərimizə müzəffərlik arzu edirik.

Abbas Səhhətin vurğuladığı kimi:

Vətəni sevməyən insan olmaz,

Olsada o şəxsdə vicdan olmaz.

 

Zeynəb Bunyatova.

11-saylı inteqrasiya məktəbinin 7-ci sinif şagirdi.