Yusif Peyğəmbərin (ə) məzarı yaxınlığında qarşıdurmada fələstinlilərdən ölən və yaralananlar var

 İşğal altında olan İordan çayının qərb sahilində Nablus şəhərində İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli gənc həlak olub, onlarla yaralanıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti sosial şəbəkələrdəki hesabları üzərindən məlumat yayıb.

Bildirilib ki, Nablusda Yusif Peyğəmbərin (ə) məzarı yaxınlığında İsrail qüvvələri ilə fələstinlilərin qarşıdurmasında 18 yaşlı Mehdi Haşşaş adlı fələstinli gənc həlak olub.

Bu qarşıdurmada onlarla fələstinli yaralanıb və xəsarət alıb. Onlardan üçü güllə yarası alıb.

Qeyd edək ki, son günlərdə Nablus şəhərində gərginlik artıb. İordan çayının qərb sahili bölgələrində ən gərgin bölgə Cenin rayonudur ki, intensiv olaraq İsrail qüvvələrinin basqınlarının şahidi olur.