Çin: Qərb insan haqları bəhanəsi ilə digər ölkələrin daxili işlərinə qarışır

"Qərb insan haqları bəhanəsi ilə digər ölkələrin daxili işlərinə qarışır".

Oprativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Tehrandakı səfiri Çanq Hua deyib.

O, Qərb ölkələrinin insan haqlarından alət kimi istifadə etmələri barədə deyib: “İnsan haqları məsələsi dünyada bütün insanlar üçün ortaq dəyərdir və biz hamımız insan hüquqlarının müdafiəsinin tərəfdarıyıq”.

Çanq Hua sözünə davam edərək, “Lakin vurğulamaq istədiyim mühüm bir məqam var: ilk növbədə, biz bütün insanların inkişafını və həyatını müdafiə etməliyik. Amma təəssüflər olsun ki, ABŞ və Qərb dövlətləri insan haqları bəhanəsi ilə İranın, Çinin və digər inkişaf etməkdə olan ölkələrin daxili işlərinə qarışır".

Çinin Tehrandakı səfiri vurğulayıb ki, insan haqları məsələsi Qərb və ABŞ tərəfindən alət kimi istifadə olunur. Bunun üçün də bütün ölkələr, xüsusilə də inkişaf etməkdə olan ölkələr insan haqlarının müdafiəsi üçün əməkdaşlıq etməlidirlər.