İranın Hodro avtomobil istehsalat şirkəti Azərbaycana 3500 avtomobil ixrac edir

Operativtv.com İRNA-ya istinadən bildirir ki, İranın Hodro avtomobil istehsalçısı şirkətinin baş direktoru Xətibi gələn il Azərbaycana 3500 Dena, Dena Plus, Automatic Dena Plus-Turbocharger modellərinin ixrac ediləcəyini açıqlayıb.

İran Hodro avtomobil istehsalı şirkətinin baş meneceri Mehdi Xətibi Azərbaycandakı Azer-cron istehsal sahəsinə baş çəkib və sözügedən istehsal sahəsinin rəhbərliyi ilə görüşərək İranın Hodro məhsullarının ixracını artırmaq fikirindədir. İran Hodro baş meneceri ötən illərdə İran Hodro tərəfindən istehsal olunan 7 min avtomobilin Azərbaycan Respublikasına ixrac edildiyini bildirərək “Maneələrin aradan qaldırılması və əməkdaşlığın inkişafı ilə 3500 avtomobil ixrac edəcəyik ki, bu da əvvəlki bütün illərdəki ixracatın bu ölkəyə 50 faizə çatacaq" -deyib.

Xətibi açıqlamasının davamında İran Hodro məhsullarının Azərbaycan bazarında satış sifarişində yaxşı mövqeyə malik olduğunu bildirərək “Bizim Səmənd və Dena modellərimiz Azərbaycan xalqının iki məşhur avtomobil modelidir. Sözügedən məhsulların əksəriyyətini bu ölkənin küçələrində görə bilərik”-bildirib.