Səudiyyə Ərəbistanının hərbçisinə sui-qəsd

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Səudiyyə koalisiyasına bağlı yüksək rütbəli hərbçi Marib əyalətində qətlə yetirilib.

Xəbər mənbələri Səudiyyə koalisiyasına bağlı yüksək rütbəli hərbçinin hücumçuların işğal etdiyi Marib vilayətində öldürüldüyünü açıqlayıb. Səudiyyə koalisiyası ilə muzdluları arasında aparılan daxili müzakirələrin davamında Yəməndə işğalçıların dəstəklədiyi hökumətin müdafiə nazirinin müşaviri Məhəmməd əl-Cəradi sui-qəsd nəticəsində öldürülüb. Yəməndəki Səudiyyə koalisiyasına bağlı hərbi mənbə yüksək səviyyəli hərbçinin bazar ertəsi yerli vaxtla səhər saat 9-da dostu ilə birlikdə öldürüldüyünü bildirib. Bu hücumu törədənlər əl-Cəradinin öldürülməsindən sonra hadisə yerindən qaçıblar.

İşğalçı Səudiyyə koalisiyasının raketlərinin yerləşdiyi Maribdəki sursat və silah anbarlarında baş verən partlayışlar təcavüzkarlarla onların silah oğurluğu və silah qaçaqmalçılığı ilə məşğul olan dəstələri arasında münaqişəni ortaya qoyur. Səudiyyə koalisiyasının dəstəklədiyi yerli əsgərlər Sənadakı sursat anbarlarını hədəfə alaraq Yəmənin Milli Qurtuluş Hökumətini ittiham etməyə çalışsalar da, Səna rəsmiləri bu ittihamı rədd ediblər.