Ayətullah Üzma Sistaninin nümayəndəsinin son qiyamlarla bağlı rəyi

Operativtv.com SHAFAQNA TÜRKİYƏ – yə istinadən xəbər verir ki, Qadın Elmi Hövzələrinin Direktoru Huccətul-İslam vəl-Muslimin Fazıl və onu müşayiət edən nümayəndə heyəti Ayətullah Şəhristanini onun kabinetində ziyarət edərək, görüş keçirib. Ayətullah Şəhristani bu görüşdə Qadın Elm Hövzələrinin cəmiyyətin qız və qadınları ilə qarşılıqlı əlaqədə əhəmiyyəti və mövqeyindən bəhs edərək deyib: Bu gün neft və qaz təkcə bu ölkənin sərmayəsi deyil. Gənc nəsil, o cümlədən qızlarımız və oğlanlarımız da həqiqətdə bu ölkənin əsl sərmayəsidirlər. Biz hamımız etiraf etməliyik ki, gənc nəsil üçün kifayət qədər mədəni və dini iş görməmişik. İslam İnqilabından uzun illər keçməsinə baxmayaraq, bir çox dini təlimlər qadınların elm hövzələrinin bu sahədə rolunun çox mühüm olduğunu yetərincə izah etmək mümkün olmayıb. Qadın Elm Hövzələri ölkədə çox mühüm rola malikdir olmaqla yanaşı həm də çox çətin məsuliyyət daşıyır. Tələbə qızlar cəmiyyətin qızları və qadınları ilə yaxşı ünsiyyət qura və onları saf İslam təlimləri ilə tanış edə bilərlər. Çünki düşmənlər gəncliyimizə və xüsusən də öz cəmiyyətinin qızlarına qarşı kiçik yaşda hiylə qururlar.”

Ayətullahul-üzma Sistaninin nümayəndəsi çıxışının sonunda son qiyamlara diqqət çəkərək deyib: Bu son üsyanlar qətiyyən xalq tərəfindən deyil, düşmən quldur dəstəsinin rəhbərliyi altında törədildiyi tam bəllidir.