Almaniya çempionatı: "Bavariya" "Verder"i darmadağın edib

Almaniya Bundesliqasnda 14-cü tura start verilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib. "Bavariya" "Verder"ə 6:1, "Bohum" Münhenqladbax "Borussiya"sına 2:1, "Ştutqart" "Herta"ya 2:1, "Volfsburq" Dortmund "Borussiya"sına 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, siyahıya 31 xalla (14 oyun) "Bavariya" başçılıq edir. "Frayburq" 27 xalla (13 oyun) 2-ci, "Union" 26 xalla (13 oyun) 3-cüdür.

"Bavariya" - "Verder" - 6:1
Qollar: Musiala, 6, Motinq, Qnabri, 22, 28, 82 Qoretska, 26, Tel, 84 - Junq, 10

"Bohum" - "Borussiya" (Münhenqladbax) - 2:1
Qollar: Adyey, 7, Hofmann, 12 - Plea, 62

"Ştutqart" - "Herta" - 2:1
Qollar: Quriassi, 3, Mavropanos, 90+8 - Lukabakio, 19

"Volfsburq" - "Borussiya" (Dortmund) - 2:0
Qollar: Van de Ven, Nmeça, 90+1