"Rusiya ilə 40 milyard dollarlıq anlaşma memorandumu imzalamışıq" - İran

Biz dünyada ən böyük şirkətlərdən biri olan "Qazprom" şirkəti ilə təxminən 40 milyard dollar dəyərində anlaşma memorandumu imzalamışıq.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Oci dryib. Onun sözlərinə görə, yataqların və qaz ixracı xətlərinin işlənməsi də gündəmdə var və bununla bağlı Rusiya ilə 4 milyard dollara yaxın müqavilə imzalanıb.