İsrail hökuməti Osmanlı imperiyasında ermənilərə qarşı törədilmiş hadisələrin “soyqırımı” kimi tanınması ilə bağlı təklifi dəstəkləyib. Bu, İsrail hökuməti səviyyəsində “erməni soyqırımı”nın ilk rəsmi tanınması hesab olunur.
Təklifi İsrailin xarici işlər naziri Gideon Saar irəli sürüb. Saar hökumətin qərarını “mənəvi və tarixi borc” kimi qiymətləndirib: “Fikrimcə, bu, yəhudilər və əlbəttə, yəhudi xalqının dövləti olaraq bizim mənəvi borcumuzdur”. Nazir hökumətin iclasında bildirib ki, “doğru addımı atmaq üçün heç vaxt gec deyil”.
Gideon Saar iyunun 25-də məsələni Nazirlər Kabinetinin müzakirəsinə çıxarmaq niyyətində olduğunu açıqlamışdı. Qərar layihəsində İsrailin “erməni soyqırımı”nı tanıdığı, bu hadisələrin inkarı, kiçildilməsi və ya tarixi həqiqətlərin təhrif edilməsinin pisləndiyi qeyd olunurdu.
Ermənistan tərəfi İsrail hökumətinin qərarına hələlik münasibət bildirməyib. Türkiyə Xarici İşlər Nazirliyi isə İsrail hökumətinin qərarına sərt reaksiya verib.
Nazirliyin bəyanatında bildirilib ki, İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərarla “öz cinayətlərini ört-basdır etməyə çalışır”.
“Bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistemli zorakılıq həyata keçirən və Beynəlxalq Ədalət Məhkəməsində Qəzzada soyqırım ittihamı üzrə araşdırılan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla öz cinayətlərini ört-basdır etməyə çalışır”, - bəyanatda qeyd olunub.
Türkiyə XİN bildirib ki, bu addım “hüquqi və tarixi həqiqətlərin görməzlikdən gəlinməsi”dir.
Bəyanatda həmçinin vurğulanıb ki, bu qərar Beynəlxalq Cinayət Məhkəməsində fələstinlilərə qarşı törədildiyi iddia olunan cinayətlərlə bağlı istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılmış İsrailin Baş naziri Benyamin Netanyahu və digər şəxslərin düşdüyü vəziyyəti bir daha göstərir.
“Türkiyə İsrailin regiondakı genişlənməyə yönəlmiş və sabitliyi pozan siyasətinə son qoyulması, həmçinin Benyamin Netanyahu hökumətinin başda Fələstin xalqı olmaqla mülki şəxslərə qarşı törətdiyi cinayətlərə görə hüquq qarşısında cavab verməsi üçün qətiyyətlə çalışmağa davam edəcək”, - Türkiyə XİN-in bəyanatında qeyd olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi də İsrail hökumətinin qərarına münasibət bildirib.
Nazirliyin bəyanatında İsrail hökumətinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarın ciddi narahatlıq doğurduğu bildirilib.
Azərbaycan XİN qeyd edib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.
“Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.
İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.
Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”, – Azərbaycan XİN-in bəyanatında qeyd olunub.
Erməni tarixçilər 1915-ci il aprelin 24-də kütləvi həbslərin başlandığını, sonrakı dövrdə isə 1,5 milyon erməninin qətlə yetirildiyini və ya deportasiya zamanı həyatını itirdiyini bildirirlər.
Türkiyə 1915-ci ildə erməni əhali ilə bağlı faciəvi hadisələrin baş verdiyini inkar etmir. Ancaq Ankara “soyqırımı” ifadəsini rədd edir və ölənlərin sayının olduğundan artıq göstərildiyini bildirir.
Bu hadisələri indiyədək 30-dan çox dövlət, o cümlədən ABŞ, Avropa İttifaqına üzv ölkələr, Kanada, Rusiya və Argentina “soyqırımı” kimi tanıyıb.
Türkiyə 1915-ci ildə erməni əhaliyə qarşı baş verən hadisələri inkar etmir, lakin “soyqırımı” ifadəsini qəbul etmir və ölənlərin sayının şişirdildiyini bildirir.
İsrail indiyə qədər bu məsələdə rəsmi tanınmadan çəkinirdi. Bunun səbəbləri arasında Türkiyə ilə münasibətlərin pisləşməsi və Azərbaycanla strateji tərəfdaşlığa zərər vurulması ehtimalı göstərilirdi.
İsrail hökuməti “erməni soyqırımı”nı tanıyıb, Türkiyə və Azərbaycan qərara etiraz edib