ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub

“İraq İslami Müqavimət Hərəkatı”nın dəstəsi ABŞ qüvvələrinin yerləşdiyi Suriyanın Hərrab əl-Cəir aerodromuna raket hücumu həyata keçirib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı bildirib.

Qeyd olunub ki, aerodrom ərazisində bir neçə güclü partlayış baş verib.