Mehman Sadıqov: ''Ya özü, ya da atası müraciət etməlidir''
Hazırda həbsdə olan bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynovanın vəziyyətinin ağır olduğu deyilir. Bu barədə Meydan TV-yə məlumat verən həyat yoldaşı Rafiq Hüseynovun sözlərinə görə, hazırda onu reanimasiyaya yerləşdiriblər.
“4 gün əvvəl əməliyyat olunub və reanimasiyaya yerləşdirilib. Həkimlər ürəyində problem olduğunu deyirlər”.
Rafiq Hüseynovun sözlərinə görə, yaşlı olduğundan xəstə xanımına qulluq edə bilmir. Bu səbəbdən də Mehman Hüseynovun anasının yanına buraxılmasını istəyir:
“Qanunla belə halda Mehman azadlığa buraxılmalıdır. Xəstəxana bizdən onun şəhadətnaməsini tələb edir. Mən evdə bu sənədi tapa bilmədim. Yerini yoldaşım bilir, onun da vəziyyəti ağırdır”.
Pentinsiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə bildirib ki, qanunvericilikdə bu barədə bənd var. Yaxınları müvafiq quruma müraciət etsə, baxıla bilər:
“Ya Mehman Hüseynovun özü, ya da atası müraciət etməlidir”.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.
Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.
Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.
Mehman Hüseynovun anasının səhhəti pisləşib

Oxşar xəbərlər