"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, aylardır sürən məhkəməsindən ədalət gözləntisi yoxdur. Hüquq müdafiəçisi vurğulayır ki, tiranlığın hökm sürdüyü ölkədə ədalətli məhkəmə ola bilməz.
"Bu ölkədəki vəziyyətin, buradakı idarəetmənin də, bu məhkəmənin də bir adı var – tiranlıq. Ölkə hansı gündədirsə, məhkəmə də o gündədir...", - R.Səfərov dekabrın 8-dəki məhkəməsində belə deyib.
Bir ildən çoxdur həbsdə olan hüquq qoruyucusunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Dekabrın 8-dəki məhkəmədə R.Səfərovun işində zərərçəkmiş qismində tanınan Natiq İmanquliyev dindirilib. O, torpaq sahəsi almaq üçün R.Səfərova 60 min manat verdiyini, ancaq nə ona torpağın satıldığını, nə də pulunun geri qaytarıldığını söyləyib. Onun sözlərinə görə, sonuncu dəfə ötən il dekabrın 3-də Rüfətdən pulunun geri qaytarılmasını tələb edərkən, aralarında dava olub, yaralanıb.
Pulu Tibb Universitetinin yanında verdiyini iddia edən zərərçəkmişin yararlandığı telefon nömrəsiylə bağlı anten bilgilərini araşdıran vəkillər ona bununla bağlı suallar veriblər. Müdafiə tərəfinin suallarından bilinib ki, R.Səfərovun tutulmasında iştirak etmiş polislərdən üç nəfərlə N.İmanquliyevin əlaqəsi olub. Hüquq müdafiəçisinin həbsindən öncə onların arasında telefon danışıqlarının olması anten bilgilərindən üzə çıxıb.
"Bura onsuz da məhkəmə deyil..."
Müdafiəçilər N.İmanquliyevdən bu məsələyə aydınlıq gətirməsini istəsələr də, o, xatırlamadığını və bu suallara cavab vermək istəmədiyini söyləyib.
Anten bilgiləri R.Səfərovun həbsindən öncə N.İmanquliyevin bir neçə dəfə hüquq müdafiəçisinin yaşadığı evin yaxınlığında olmasını da ortaya çıxarıb.
N.İmanquliyev oxuyub-yazmaq qabiliyyətinin olmadığını sözlərinə əlavə edib.
R.Səfərov zərərçəkmişin dediklərinin yalan olduğunu, tutulduğu gündən öncə bu adamı heç vaxt görmədiyini bildirib. Hüquq müdafiəçisi bu adamdan onu həbs etməkdən ötrü istifadə olunduğunu vurğulayıb: "Görün, bu hökumət nə vəziyyətdədir ki, anlaqsız, tərbiyəsiz birinin xidmətinə möhtac qalıb. Məni həbs etmək üçün belə birini işə qoşmaq mənim özümə qarşı da hörmətsizlikdir. Bura onsuz da məhkəmə deyil, nə qərar verirsinizsə-verin, bu tamaşanı sürdürməyin. Mənim məhkəmə adına sizə də yazığım gəlir. Ayıbdır...".
R.Səfərovun işi üzrə məhkəmə prosesi davam edir.
Xatırlatma
Hüquq müdafiəçisi Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
R.Səfərov həbs olunan ərəfədə onun ABŞ-yə səfəri nəzərdə tutulmuşdu. Ötən il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları dönəmin dövlət katibi Antoni Blinken təqdim edib. R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.
R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən, bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlayandan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.
Rüfət Səfərov: 'Bu ölkədəki vəziyyətin, idarəetmənin bir adı var – tiranlıq'