Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin keçmiş icra başçısı İslam Rzayevə qarşı açılmış cinayət işi ilə bağlı açıqlama yayıb.
Dekabrın 15-də yayılan açıqlamada deyilir ki, sabiq başçının "cinayət əməlləri ifşa olunmuşdur."
"Müəyyən olunmuşdur ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmiş, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməmiş, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almışdır", - deyə qeyd olunub.
DTX həm də icra başçısının rüşvət aldığı iddia olunan görüntülər yayımlayıb.
İ.Rzayevin Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunduğu, barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Keçmiş icra başçısının ittihamlara münasibəti məlum deyil.
60 yaşlı İslam Rzayev 14 il ərzində rayona rəhbərlik edib. O, oktyabrın 30-da prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad olunub.
Eyni gündə hakimiyyətə yaxın bir sıra KİV-lərdə DTX-nin Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi, başçı və daha bir neçə şəxsi saxladığı haqda məlumat yayılmışdı.
Azərbaycanda icra başçılarının həbsi dalğası 2019-cu ilin dekabrında Yevlax və Ağstafada keçirilən əməliyyatlarla başlayıb.
Daha sonra Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında da oxşar həbslər həyata keçirilib. Başçılar mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə saxlanılıb, bəziləri bu ittihamları tam, bəziləri isə qismən qəbul etməyib.
DTX: “Balakənin keçmiş icra başçısı büdcədən ayrılan pulu mənimsəyib”