Hüquqşünas Namizəd Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçildiyi bildirilir.
APA-nın xəbərinə görə, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.
Onun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirildiyi deyilir.
Xəbərdə iddia olunur ki, N.Səfərov adı açıqlanmayan şəxsdən 53 min manat məbləğində pul vəsaiti alaraq onu vəzifəyə düzəltməyə söz verib.
Hüquqşünasın özünün ittihama münasibəti bəlli deyil.
N.Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb. O, bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə izah edirdi.
Namizəd Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib