Müsəlman Birliyi Hərəkatının lideri Hacı Tale Bağırzadə, Əli Kərimli başda olmaqla Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin həbslərini kəskin şəkildə pisləyib. İlahiyyatçı həbsxanadan göndərdiyi bəyanatında belə deyir:
“Mərhəmətli və Mehriban Allahın adı ilə.
İttihamların gülünc və absurd olduğu bu həbslərin əsas motivi, Əli Kərimlinin uzunmüddətli, ardıcıl və prinsipial mübarizəsinin nəticəsidir. Bu çətin günlərdə Hərəkat olaraq biz cəbhəçilərin yanında olduğumuzu bildirir, onları qətiyyətlə dəstəklədiyimizi bəyan edirik. Əli bəy də daxil olmaqla günahsız yerə həbs olunanların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik.
Bizləri təzyiq, işgəncə, həbs və ölümlərlə əsla susdura bilməzsiniz. Allahın yardımı ilə mübarizəmiz və müqavimətimiz qətiyyətlə davam edəcək. Uca Yaradan əziz və qeyrətli xalqımızı hakimiyyətin zülmündən və şərrindən qorusun.”
Tale Bağırzadə: “Bizləri təzyiq, işgəncə, həbs və ölümlərlə əsla susdura bilməzsiniz”