AXCP üzvü Elbəyi Kərimlinin intihar nəticəsində vəfat etdiyi bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elbəyi Kərimlinin intihar nəticəsində vəfat etdiyi bildirilir.
Bu barədə AXCP-dən “Toplum TV”yə məlumat verilib.
Məlumata görə, hadisə dekabrın 12-də baş verib.
Bildirilib ki, Elbəyi Kərimlinin saxlanıldığı cəzaçəkmə müəssisəsi onun vəfatı ilə bağlı ailəsini məlumatlandırıb. Hazırda meyitin ailəsinə təhvil verilməsi gözlənilir.
E.Kərimli 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra həbs olunub.
O, müxtəlif vaxtlarda həbsxanada cərimə kamerasına ("kars") salınıb və aclıq aksiyaları keçirib.
2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsilə 6 il həbs cəzası verib.
Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.