İsrail qüvvələri fələstinli nazir Fadi Əl Hədmini həbs edib.
Qaynarinfo xəbər verir ki, Fadi Əl Hədminin rəhbərlik etdiyi Qüds İşləri Nazirliyi məsələ ilə bağlı açıqlama verib. Məlumata görə, İsrailin təhlükəsizlik əməkdaşları nazirin evinə basqın təşkil edib və onu həbs edib. Bu, son üç ayda Əl Hədminin evinə təşkil olunan 2-ci basqındır.
Fələstin mətbuatının yaydığı digər məlumatda Fələstin Sosial İnkişaf naziri Əhməd Əl Məcdəlaninin Qüdsə girişinə icazə verilmədiyi vurğulanıb.
İsrail fələstinli naziri həbs etdi
Oxşar xəbərlər