Səudiyyə Ərəbistan rəhbərliyi bir müddət əvvəl açıqladığı "Neom" layihəsinin icra olunacağı yerin yaxınlığındakı 16 min kvadrat kilometrlik ərazini Məhəmməd ibn Salmanın şəxsi mülkiyyəti elan edib. "Qadağa edilmiş bölgə"yə daxil edən sahədə Şarma, Suğra, Muveylih, Duba və Əmləc kimi yaşayış məntəqələri yerləşir.
"Əxbar əl-Suudi" İnformasiya Agentliyi Salman rəhbərliyinin həmin bölgə daxilində qalan şəhərləri boşaltmaq barədə qərar verdiyi yazıb. "Tabuk" bölgəsi adlandırılan həmin sahənin qarşıdakı dövrdə İsraillə birgə həyata keçiriləcək hərbi fəaliyyətlərin icra sahəsi olaraq seçildiyi bildirilir.
Təl-Əviv və Ər-Riyad rəsmiləri bu yaxınlarda birgə kəşfiyyat fəaliyyəti qərarı verdiklərini və bu vəziyyətin hərbi sahədə atılacaq yeni əməkdaşlıq addımları ilə dəstəklənəcəyini ayrı-ayrılıqda açıqlamışdılar.
Misir tərəfindən Səudiyyə Ərəbistanına təhvil verilən Sanafir və Tiran adaları Səudiyyə hakimiyyəti tərəfindən elan edilən "Qadağa bölgəsi"nin sərhədlərində yerləşir. İsrailin Əqəbə körfəzinə (Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir - red.) sərhəd rayonlarından Eylat da həmin regiona qonşu yaşayış məntəqələri arasındadır. İsrailin ən böyük dəniz bazasının yerləşdiyi Eylat vilayəti də "ikinci İsrail" kimi planlaşdırılan "Neom" layihəsinin kəsişmə nöqtəsindədir. Digər tərəfdən, qadağan edilmiş bölgənin zəngin neft və qızıl mədən yataqlarına malik olması da diqqət çəkir.
Tədqiqatçı Mehmet Emin Akın Tabuk ərazisində elan edilən bölgənin coğrafi mövqe etibarilə qeyri-adi imkanlar yaratdığını və İsrailin bu bölgədəki dik vadiləri kimyəvi silah anbarı kimi istifadə etməyə hazırlaşdığını söyləyib. Məhəmməd İbn Salmanın İran qorxusu ilə tamamilə ABŞ-İsrail himayəsinə daxil olduğunu bildirən Akın, bölgənin eyni zamanda İsrailin quru və hava təlimləri üçün hazırlanacağını deyib. Bölgənin zəngin neft və qızıl yataqlarına malik olduğunu vurğulayan Akın, Misir, İordaniya və BƏƏ-nin bu layihənin digər tərəfdaşları arasında yer aldığını, Tiran və Sanafir adalarının da eyni plan çərçivəsində Səud rəhbərliyinə təhvil verildiyini qeyd edib.
Səudiyyə Ərəbistanı İsrailə torpaq verdi

Oxşar xəbərlər