İsrail əsgərləri etirazçılara atəş açdı: 8 fələstinli tələbə yaralandı

İsrail əsgərlərinin rezin örtüklü güllələrdən açdığı atəş nəticəsində azı 8 fələstinli nümayişçi  yaralanıb. Ruptly-ə istinadla verilən məlumata görə Ramallah yaxınlığında İordan çayının qərb sahilində  Birzeit Universiteti  ətrafında baş verib.

Bundan başqa İsrail qüvvələri gözyaşardıcı bombalardan istifadə ediblər ki, bu da əksər aksiyaçıların tənəffüs probleminə səbəb olub.

Fələstinli nümayişçilər isə onların silahlarına daşla, şinləri yandırmaqla cavab veriblər. 

Etiraz İsrailin fələstinli məhbuslara  qarşı pis rəftarına, həmçinin Birzeit Universitetinin yataqxanasından 3 tələbənin qaçırılmasına etiraz olaraq keçirilib. Qeyd edək ki, oğurlanan fələstinlilərin harada olduğu bilinmir.