İsraillə Fələstin razılığa gəldi

Fələstinin müqavimət qrupları ilə İsrail rejimi arasında Qəzzada atəşkəs razılaşması əldə edilib.  
 
Operativ.tv "Euronews"a istinadən xəbər verir ki, Qəzzada "Xalq Müqavimət Komitələri"nin mətbuat Əbu Mücahid əl-Brim bəyan edib ki, BMT və Misirin atəşkəs üçün ortaya qoyduğu səylər nəticə verib.

 

Bazar ertəsi səhər saatlarından etibarən tərəflər atəşkəsə əməl edəcəklər.

Qeyd edək ki, Qəzzada cümə günü snayper atəşiylə 2 İsrail əsgərinin yaralanmasından sonra bölgədə şiddət başlamışdı. İsrail təyyarələri Qəzzanı bombaladığı halda, müqavimət hərəkatları da İsrail ərazisinə xeyli sayda raket atıblar.

 

İsrailin avia zərbələri zamanı Həmasın "İslami Cihad" hərbi qanadının aparıcı simalarından olan Həməd Əhməd Khudari həyatını itirib. O, avtomobillə hərəkət edərkən partladılıb.

 

Fələstinin müqavimət hərəkatları İsrailin avia zərbələrinə cavab olaraq 650 raket atıblar. Onlardan 174-ü "Dəmir Qübbə" RƏM sistemi tərəfindən endirilib. Raket hücumları zamanı 4 israilli ölüb, 24 nəfər yaralanıb.