İsrail əsgərləri fələstinli qızı güllələdi

İsrail əsgərləri İordan çayının qərb sahillərində fələstinli qızı güllələyərək öldürüb.

Türkiyə KİV-ə istinadla xəbər verilir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. 

Videoda gənc qızın günahsız olduğunu, çantasında bıçaq və ya silahın olmadığını söyləməsi, bundan sonra isə əsgərin ona atəş açması əks olunub. 

Məsələ ilə bağlı İsrail tərəfi hələlik heç bir açıqlama verməyib.