Avropa Birliyi İsraili "millət dövləti" qanununa görə tənqid edib

Avropa Birliyi İsraili "millət dövləti" qanununu qəbul etdiyi üçün tənqid edir.
 
Qanunvericilik yalnız yəhudilərin ölkədə öz müqəddəratını təyin etmək hüququna malik olduğunu nəzərdə tutur.  
 
Qanunvericilikdə qeyd olunur ki, "İsrail yəhudi xalqının tarixi vətənidir və onların milli öz müqəddəratını təyin etmək üçün xüsusi hüququ var". 
 
"The Guardian” qəzetinin verdiyi məlumata görə, Avropa Birliyi rəsmisi Federika Magerini bu vəziyyətdən narahat olduğunu bildirib.
 
"Biz narahatlığımızı ifadə etdik və bu çərçivədə İsrail səlahiyyətliləri ilə görüşməyə davam edəcəyik", – deyə xarici işlər başçısı açıqlayıb.
 
Qanun həm də Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən etirazla qarşılanıb. 
 
Onların fikrinə görə, İsrail qanunvericiliyi universal hüququn prinsiplərini pozub və fələstinlilərin İsrail vətəndaşı olmaq hüquqlarını nəzərə almayıb.
 
Hökumət tərəfindən dəstəklənən "millət dövləti" qanunu aylıq siyasi arqumentlərdən sonra 120 üzvlük parlamentdə 62-55 səs və iki qətiyyətlə qəbul edilib. 
 
Bəzi ərəb millət vəkilləri səsvermədən sonra qışqıraraq bülletenləri cırıb.
 
İsraildə 1,8 milyon ərəb var ki, bu da 9 milyon əhalinin təxminən 20%-ni təşkil edir.