"Əl-Aləm"ə istinadən verilən məlumata görə, Məkkədə keçirilən mərasimlərdən birində İrandan olan zəvvarlar "Allahu Əkbər", "Amerikaya ölüm", "İsrailə ölüm" şüarları səsləndiriblər.
Ayətullah Seyid Əli Xameneyinin həcc nümayəndəsi olan Seyid Əli Qazi Əsgər Ali Liderinin həcc zəvvarlarına müraciətini oxuyub. Zəvvarlar müşriklərdən bəraət mərasimində müstəmləkəçi güclərə olan nifrətlərini bildirən şüarlar səsləndirərək, müsəlmanlarla əlbir olduqlarını bildiriblər.
Xatırladaq ki, Ayətullah Xameneyi zəvvarları vəhdətə çağıraraq, bildirib ki, Həccin bu məkanda, məhdud zaman kəsiyində həmişə və hər il aşkar məntiq və uca səslə müsəlmanları birliyə çağırır: "Bu, düşmənlərin istəyinin əksidir. Düşmənlər həmişə, xüsusi ilə də hazırda müsəlmanları bir-birinə qarşı çıxmağa çağırırlar”.
O, ABŞ-ın regiondakı müharibə siyasətinə toxunaraq, ayıq olmaq yolu ilə bu şeytani təxribatı boşa çıxarmağın lazım olduğunu vurğulayıb: “İndi cinayət törədən ABŞ-ın davranışlarını nəzərə alın. Onların İslam ilə müsəlmanlara qarşı tətbiq etdiyi əsas siyasəti müharibə törətməyə əsaslanır. Onların çirkin məqsədi, müsəlmanları bir-birini öldürməyə təhrik etməkdir. Zalımları dəstəkləyərək, məzlumları amansızlıqla yatırtmaq ilə bu fitnəni davamlı alovlandırmaq isə onların istədiyi şeydir. Müsəlmanlar ayıq olub, bu şeytani siyasəti dəf etməlidirlər. Məhz həcc vacibatı bu oyanışın əsaslarını təşkil edir və bu Həcc, müşriklər və imperialistlərdən uzaqlaşmağın fəlsəfəsidir!"
Məkkədə ABŞ-a və İsrailə ölüm şüarları səsləndirilib

Oxşar xəbərlər